BİLMƏDİYİNİZ GERÇƏKLƏR - Tarantinonun Pasternak sevgisi Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

2004-cü ildə "Billi öldürməli" filminin təqdimatı üçün Moskvaya gələn dünyaşöhrətli rejissor Kventin Tarantino təyyarə hava limanına enəndə deyib: 

-Cənablar, gedəcəyim ilk yer Pasternakın məzarı olacaq. 

 

Az adam onun sözlərinə diqqət yetirib, düzü, ciddiyə də almayıblar, amma nahardan sonra, güclü yağışa baxmayaraq, Tarantinonu Peredelkinodakı qəbiristanlıq yolu ilə addımlayan görəndə hamı çaşıb qalıb. 

Operatordan onu çəkməməsini xahiş edərək, Tarantino abidəyə söykənərək uzun müddət yerə oturmuş halda qalıb. 

Və sonra Moskvaya yalnız bunun üçün gəldiyini söyləyib. 

Amma kameraman hər halda onu lentə alıb. 

Tarantino ertəsi gün jurnalistlərə açıqlama verməli olub: 

-Mənə bu qədər təsir edən bir insana bir az yaxınlaşmaq istədim. Uşaqlıqdan bəri bütün şeirlərini oxumuşam, çoxunu əzbər bilirəm.

Peredelkinodan ayrılan Tarantino "istedad həmişə yeni olan yeganə xəbərdir" rəmzi olaraq qəbrin ətrafında bitən papatyadan - çobanyastığı çiçəyindən birini dərib özü ilə aparıb.

Baxın, ədəbiyyatın gücü budur. Dünyanın ən şöhrətli rejissopunun bir şairi tərcümədə oxuyub ona bu qədər vurulması, razılaşın ki, sıradan bir şey deyil.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)