Müsəlman Şərqində ilk opera Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Yanvar ayının 25-i Azərbaycanın incəsənət, milli musiqi və eləcə də teatr tarixində çox əhəmiyyətli və əlamətdar bir gündür.

Belə ki, 1908-ci il yanvarın 25-də Müsəlman Şərqində ilk dəfə Üzeyir Hacıbəyovun Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazmış olduğu “Leyli və Məcnun” operası Tağıyev teatrında səhnəyə qoyulmuşdur. 

 

Və bununla da Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulmuşdur.

Üzeyir Hacıbəyovun ilk operası olan “Leyli və Məcnun” ilə həm də musiqi tarixində operanın yeni növü, yəni muğam operası da meydana gəlmişdir.

İlk variantda 5 pərdə və 6 şəkildə olan əsər sonrakı quruluşlarda 4 pərdə və 6 şəkildə getmişdir. Onu da qeyd edək ki, bu operanın libretto müəllifi də elə Üzeyir Hacıbəyovdur.

Yaxşı olardı ki, hər ilin bu günündə “Leyli və Məcnun” səhnəmizdə oynanılasın.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)