TMİF ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb Featured

Türk Mədəniyyəti və İrsi Fondu ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, fond ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında ortaq tarixi köklərə malik Türk ölkələri və xalqlarının mədəni əlaqələrinin genişləndirilməsi, eləcə də Türk dünyasının ədəbi və mədəni irsinin beynəlxalq aləmdə təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayev imzalayıblar.

Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığın inkişafına təkan verməkdir.

Sənəddə Türk dünyasının maddi-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi, həmçinin türkologiya sahəsində əməkdaşlıq kimi vacib məsələlər yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.