Ülviyyə Əbülfəzqızının “Sirli güzgü” kitabının və “Zaman-XXI” jurnalının ikinci buraxılışının təqdimatı olub

 

 Habil Yaşar, “Ədəbiyyat və incəsənət” 

 

Ülviyyə Əbülfəzqızının “Sirli güzgü” kitabının  və “Zaman-XXI” jurnalının ikinci buraxılışının eyni auditoriyada təqdimatı baş tutmuşdur.  “Sirli güzgü” kitabı şair-şəhid Səbuhi Əsədovun ruhuna ithaf olunmuşdur. Şəhidimizin atası Azər Əsədov, anası Cahan xanım da öz ürək sözlərini söyləmişlər. Ülviyyə xanım bu kitabı qələmə alarkən yazıçı Varisin “Qırmızı ləçəklər” romanından təsirləndiyini dilə gətirmişdir. 

Kitabın redaktoru bəndənizdir - Habil Yaşar. Kitabın növbəti təqdimatları daha geniş auditoriya üçün də planlaşdırılır. 

  “Zaman-XXI” jurnalının ikinci buraxılışı da olduqca maraqla qarşılanmışdır. Jurnalda yazarlardan Mərcan Şahbuzlu, Gündüz Sevindik, Şamil Ənvəroğlu, Elmira İsmayılova, Gülnarə Məsum, Nigar Həsənzadə, Ülviyyə Əbülfəzqızı, Habil Yaşar, Könül Həsənli, Elsəvər Müseyibzadə, Təbriz Babayev, Yusif Cəbiyev, Mehman Xaliq, İslam İslamov, Murad Vəlixanov, Səmayə Mirzəyeva, İxtiyar Dönməz, gənc rəssamlardan Zəhra Həmidova, Günay Tarıverdiyeva, Aydan Aslanzadə, Çinarə Əkbərova,  psixoloqlardan Müjqan Məmmədova və Aysel Ərəstunqızı işıqlandırılmışlar. 

Tədbirdə əməkdar artist Fəridə Məlikova, gənc şairə Könül Həsənli də iştirak etmişdir. 

Vətənpərvərliklə bağlı fəaliyyətlərə dəyər verən Zaporojye Kazakları Beynəlxalq Birliyinin rəhbəri marşal Yaroslav Bançuk tərəfindən “Marşal Üzeyir Vahabov”  medalı Ülviyyə Əbülfəzqızına təqdim edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.