Öncə Bakıda, sonra Lənkəranda “Buğra tələsi” təqdim olundu Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

MUĞAM MƏRKƏZİNDƏ

İyulun 29-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə Ötərxan Eltacın şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən ''Buğra tələsi'' kitabının təqdimatı və Zaur İsmayılzadənin anadan olmasının 29-cu ili münasibəti ilə tədbir keçirildi.

 

Vətənimizin azadlığı, bütövlüyü, suverenliyi  uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 

Dövlət himnimiz səsləndirildi. Və beləcə, tədbir başladı. Ənənəyə uyğun olaraq, tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışdı və kitab haqqında məlumat verdi.

Söz Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müavini Vüsal Sehranoğluna veriləndə o, öncə qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan Zaur İsmaylzadədən bəhs edən kitab gənclərə bir örnəkdi.

Tədbirdə kitabın müəllifi - AzTV-nin əməkdaşı, hərbi jurnalist Ötərxan Eltac, kitabın redaktoru pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Pirəli Əliyev, Dədə Ələsgər Ocağı İB-nin sədri Xətai Ələsgərli, Xətai rayon Ağsaqllar Şurasının sədri, şəhid atası Mürvət Əzizov, şair Brilyant Atəş, şəhid bacısı, şair Lalə İsmayıl, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, “Nənə” qızlar ansamblı, bəstəkar Yaqut Almaz, gənc müğənni  Arif Mehmandost, şəhid ailələri, qazilər, ziyalılar, jurnalistlər, şairlər, müğənnilər, şəhidin yaxınları, doğmaları çıxış etdilər.

Məclisin üzvü Zülfiyyə İsmayılova şəhid Zaur İsmayılzadənin anasına Azərbaycan xanımlarının simvolu olan ipək kəlağayı hədiyyə verdi.

Şəhid haqqında video-çarx nümayiş olundu.

 

LƏNKƏRANDA

Tədbirin davamıı Lənkəranda oldu.

30 iyul, 2024-cü iildə Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində- Azərbaycan Respublikasının  Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə  şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən ''Buğra tələsi'' kitabının təqdimatı və anadan olmasının 29-cu il münasibəti ilə tədbir keçirildi.

Yenə öncə şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Dövlət himnimiz səsləndirildi. Yenə də tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq, şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışdı. 

Lənkəran şəhər İcra başçısının müavini Ülviyyə Əliyeva bizi  birliyimizə, bütövlüyümüzə qovuşduran qəhrəman oğulların şücaətindən, dövlətin şəhid ailələrinə diqqət və qayğısından söz açdı. 

Zaur İsmayılzadədən bəhs edən video-çarx göstərildi.

Kitabın müəllifi Ötərxan Eltac, Əməkdar Mədəniyyət işçisi, aşıq  Solmaz Kosayeva, Brilyant Atəş, Mübariz Süleymanlı, Rafiq Abbasov  və neçə-neçə söz sahibi çıxış etdi.

Güllü Eldar Tomarlı sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir başa çatdıqdan sonra şəhidin  məzarı ziyarət olundu.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.