Fransız şairi Hamid Larbinin kitabı Londonda nəşr olunub

 

Tanınmış fransız şairi Hamid Larbinin “Keçici an” şeirlər kitabı Londonda, BYRON Nəşr Evində işıq üzü görmüşdür. Kitaba şairin son illər yazdığı şeirlər daxiı edilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı bu barədə sosial media hesablarında məlumat yayan şairlə əlaqə yaradaraq ondan təəssüratlarını  almışdır. Fürsətdən istifadə edərək azərbaycanlı oxuculara salamlarını çatdıran Hamid Larbi söyləmişdir: 

-Çox xoşbəxtəm, çünki ilin sonunda Londonda BYRON Nəşrləri tərəfindən nəşr olunan və Berber Metmadinin inanılmaz gözəl kalloqrafiyası ilə təsvir olunan ingilis dilində yeni bir şeir kitabını əlimə aldım.

Bu gözəl işə görə naşirə ən səmimi və tam minnətdarlığımı bildirirəm. Şeirlərimi ingilis dilinə tərcümə etdiyinə görə əziz dostum Vatsala Radhakeesoon-a da təşəkkür edirəm. Kitab artıq onlayn və London kitab mağazalarında satışdadır. 

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.