Həftənin Art hadisəsi qaradərili dizaynerlərə 100 min dollar ayrılması oldu. Featured

“Ədəbiyyat və incəsənət” portalı The Art Newspaper nəşrinə istinadən ötən həftənin ən vacib art xəbərini diqqətə gətirir. Bu xəbər qaradərili dizaynerlərin qrant proqramına cəlb edilməsidir. Xüsusən hazırkı koronavirus pandemiyası dövründə irqçilik çağırışları tez-tez səsləndiyindən bəhs edilən mövzunun necə aktual olması yəqin ki, sual doğurmur.
 
Bu yaxınlarda Gagosian Qalereyasında rejissor kimi çalışan Nyu-York əsilli kurator və yazıçı Antwaun Sargent yeni bir komitəyə rəhbərlik edəcək.  Bruklin Muzeyinin rəsmi instagram səhifəsinin təşəbbüsü ilə başladılan,  qaradərili dizaynerlərin işini yüksəltməyi hədəfləyən yeni bir qrant proqramını gerçəkləşdirəcək bir komitədən gedir söhbət.
 
“Qara Dizayn Vizyonerləri təşəbbüsü” adlanan qrant layihəsində 18 yaşdan 30 yaşa qədər olan qaradərili dizaynerlərə 10.000 dollar vəsait veriləcək.  On il və ya daha böyük müddətə hansısa dizayner şirkətinə rəhbərlik etmiş qaradərili dizayner-sahibkara isə biznesini idarə etmək üçün 100.000 dollarlıq kiçik biznes qrantı veriləcəkdir.
 
"Dizayn işi hər hansı sahənin gücləndirmə mənbəyidir, amma bunun reallaşması üçün hər şeyin daha əhatəli olmasına ehtiyac var" deyir Sargent bir açıqlamasında. "Yaxşı dizayn hamımızı təsir edir və Qara dizaynerlərin dünyanın cildini nə cür dəyişə biləcəyini bilməyimiz gərəklidir, qaradərilərin dizayn edərək dünya haqqında təsəvvürlərimizi formalaşdırmağa kömək etmə imkanlarına sahib olmaları isə vacibdir." Bu da ona məxsus sözlərdir.
Komitənin digər üzvləri arasında rəssam Rick Lowe, məşhur kostyum dizayneri Ruth Carter, Vizyon və Ədalət fotoqraflığı və sənətdə sosial ədalət fəallığının kəsişməsini araşdırmaq üçün redaksiya təşəbbüsünü quran Harvard Universitetinin professoru Sarah Elizabeth Lewis də var. Dekorun baş redaktoru isə Əsəd Syrkettdir.
 
Təqdimat  21 iyul həftəsindən başlayaraq qəbul ediləcək və 16 iyulda bağlanacaq. Qrantı qazanacaq bəxtəvərlərin Qısa siyahısının bu ilin payızında elan edilməsi planlaşdırılır.
Sizin də qaradərili olmaq keçdi könlünüzdən, deyilmi?

Indi isə oxucularımıza dünyanı dəyişmiş 5 qaradərili dizayneri tanıtmaq istəyirik.
Depper Den.
Afroamerikada 80-ci illərdə modada əsas şəxsiyyət. Nyu-Yorkun canlı əfsanəsi. Xip-xop-mədəniyyətinin yaradıcısı. Onun lyuks geyimlərində daha çox qızıl və xəz görünür.
Karl Cons və TiCey Uoker.
Qrafika, trafaret çapı və paltar dizaynı ilə məşğul olaraq məşhurlaşıblar. Gənclər məhz onların geyimlərini seçməkdədirlər.
Karl Uilyams.
Hazırkı “qara moda” anlayışının banisi, moda dünyasının liderlərindən biri.
Şon Kombs.
Bad BOYS leyblının yaradıcısı, Love təxəllüslü milyonların sevimlisi. Küçə geyimini podiuma çıxarmaq cəsarəti ilə dünya dəbi tarixinə adını yazdırmış şəxsiyyət.

(Qapaq fotosunda Nyu-York küçələrində Şon Kombsın reklam lövhəsi yerləşdirilib. Mətn fotosunda isə qrant proqramının rəsmi loqosunu görürsünüz).