Nüsrət Kəsəmənlinin nəvəsi “Mister Azerbaijan” oldu Featured

Mayın 30-da "Miss & Mister Azerbaijan - 2023" Milli gözəllik müsabiqəsinin final mərhələsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqənin kişi qalibi adını görkəmli Azərbaycan şairi, sevgi şeirləri dillər əzbəri olan Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənli qazanıb.

 

Məlum edək ki, gənc, istedadlı Cavidan Kəsəmənli aktyordur. O, həm də Vətən Müharibəsi iştirakçısı, Müharibə Veteranıdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)