Avey dağı, səngərlər və məktəblər… Featured

İbrahim İlyaslı yazır

 

Qəribə, sonacan anlamayacağın hisslər yaşadır adama doğulduğun, körpəliyini, uşaqlığını sürdürdüyün köy, ev-eşik, həyət-baca, az qala hər addımından bir xatirən boylanan cığırlar. 

Səhər lap tezdən oyanmışam. Qarşı yatan kutsal Avey dağı. Qara Quzey, Palıdlı meşəsi, Göyrüclü, Dəlləyin yuddu... Düşmən postları ilə üzbəüz igid əsgərlərimizin gecə-gündüz keşik çəkdikləri postlar... Sükutu yalnız örüşə haylanan mal-qara, qoyun-quzu mələşməsi, it hürüşməsi pozur. Kənd hələ tam yuxudan doymayıb. Sol yanımda hər həyətdə olduğu kimi ailə səngər-sığınacağımız... 

Bir azdan həyat qaynayacaq. Qaymaqlıya, Kəmərliyə gedən yoldan maşın səsləri gələcək. Və ən əsası uşaqlar məktəbə yola düşəcəklər. Həyatın gerçək üzü məktəbdir. Hər mənada məktəb... Sabahlarınız məktəblərə açılsın, əzizlərim.