Əkbər Qoşalının türk xalqları ədəbiyyatının dövrləşməsinə dair məqaləsi Türkiyədə yayımlanıb

 

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Mədəniyyət Nazirliyi yanında İctimai Şurasının sədr müavini, Beynəlxalq "ALAŞ" Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının türk xalqları ədəbiyyatının dövrləşməsinə dair məqaləsi qardaş Türkiyənin “TARİH - türk dünyası tarix, mədəniyyət” dərgisində yayımlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqalədə türk xalqları ədəbiyyatının yeni bölgüsü irəli sürülüb. Bu, yazarın "TARİH"də çıxan ikinci irihəcmli məqaləsidir. O, cari ilin fevralında, "Ermənilərin Orta Asiya politikası" adlı araşdırma yazısı ilə çıxış etmişdi.

Ə.Qoşalının şeirləri isə digər qardaş ölkədə - Özbəkistanın nüfuzlu "Cahan ədəbiyyatı" dərgisinin yeni sayında yayımlanıb. Burada yazarın yeddi şeiri oxuculara təqdim olunub. Şeirləri özbəkcəyə özbək şair-tərcüməçisi Rəhmət Babacan uyğunlaşdırıb.