“Balaca şahzadə” romanının əlyazması sərgidə nümayiş etdirilib

 

“Balaca şahzadə" romanının əlyazması ilk dəfə Parisdə Antuan de Sent-Ekzüperinin məşhur romanına həsr olunmuş sərgidə təqdim edilib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

Ekzüperi bu romanını 1942-ci ildə ABŞ-da yazıb. Əsərin əlyazması Nyu-Yorkdakı Kitabxanada saxlanılırdı. 

Sərgidə yazıçının naməlum əsərləri və çəkdiyi təsvirləri də görmək olar.