Azərbaycanlı gənc şairin adı beynəlxalq festivalda qısa siyahıya düşdü

Rate this item
(5 votes)

Bu günlərdə Rusiyanın Beynəlmiləl Yazıçılar İttifaqı və “Rossiyskiy kolokol” jurnalı rusdilli poeziyanın 1-ci beynəlxalq “İlin şairi” festivalını, habelə Puşkin adına Beynəlxalq Ədəbiyyat Festivalını keçirir. Virtual keçən festivallara  Rusiyadan başqa İsrail, Belarus, İngiltərə, Avstraliya, Moldova, ABŞ və Azərbaycandan şairlər qatılıblar.
“Ədəbiyyat və incəsənət” portalı festivalın Təşkilat Komitəsinin məlumatına istinad edərək bildirir ki, Puşkin festivalında 33 nəfərdən ibarət qısa siyahı artıq açıqlanmışdır. Bu siyahıda gənc azərbaycanlı şair Sahib Məmmədovun da adı yer alıb.
Qeyd edək ki, Sahib Məmmədov Nigar Həsənzadənin “Söz” layihəsində parlayan istedadlı şairdir. O, 2019-cu ildə Bakıda keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü LiFFt festivallar festivalının gümüş mükafatçısıdır.
Biz poeziyamızı beynəlxalq miqyasda təbliğ etdiyi üçün Sahib Məmmədova təşəkkkür edirik.