Fransanın səfiri bizim yazıçının romanını oxumağı tövsiyyə etdi Featured

Rate this item
(0 votes)

Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon yazıçı Adəm İsmayıl Bakuvinin yeni çıxmış “Paris üçbucağı” romanı barədə Tvitterdə xoş sözlər yazmışdır: “Yağışlı bazar günü üçün çox uyğundur”.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən roman Parisə ezamiyyətə gedən azərbaycanlı oğlanla orda ilk baxışdan vurulduğu fransız qızın sevgisindən bəhs edir, bu sevgiyə qızın milliiəyətcə erməni olan nənəsinin qurduğu maneələr sonda uçurulub dağıdılır. 

Roman “Azərkitab” Yayınlarında işıq üzü görmüşdür. 

Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.

İdarəetmə üzrə Beynəlxalq simpozium və konfranslarda dəfələrlə moderator kimi iştirakçı olub.

2021-ci ildə “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı ilə ədəbiyyatda debüt edib. Müəllifin bəşər tarixində ən qatı cinayətkar hesab etdiyi 17 erməninin utopik məhkəməsindən bəhs edən bu əsəri ciddi rezonans doğurub.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)