Cemal Durmazdan “Vicdanların ədaləti”

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət”in əməkdaşı Habil Yaşar bu gün oxuculara Türkiyənin sevilən yazarı Cemal Durmazın “Vicdanların ədaləti” kitabını tövsiyyə edəcək. Cemal Durmaz “Yazarlar ve Şairlər Dayanışma Dernek" Başkanı, "İLKSES" qəzetinin köşə yazarıdır. 

 

Son zamanlar oxuduğum ən maraqlı əsərlərdən biri... Dünyalar qədər sevdiyi həyat yoldaşı "Fulya" xanımın təcavüz edilərək öldürülməsindən sonra intihar həddinə çatmış birinin, Kemal bəyin, həyat hekayəsi... Hər anı oxuyucunu intizarda saxlayacaq bir roman... 

Sky adlı xilaskar pişiyin çox insanlardan daha sədaqətli olması.. Melisa

xanımın bir insanın həyata qaytarılmasında əvəzsiz xidmətləri...

Kezban xalayla Bekir əminin ürəkləri dağlayan faciələri... Hansı birinin ürəyi yanmadı ki... Əsərdə Muharrem, Ali Osman, Hıdır, Attila, Sultan və s. kimi dəyərli obrazların varlığı insana dostluğun,  sədaqətin hələ də var oldugundan xəbər verir...

Pulun, vəzifənin insanı insanlıqdan çıxardığı, vəhşiləşdirdiyi Berkecan kimi cinayətkarlar iblisin özüdür ki, var...

Müəllif, Cemal Durmaz bəyin qələmə aldığı bu möhtəşəm əsərin tez bir zamanda üçüncü dəfə nəşr olunması bu kitabın oxucular tərəfindən çox sevildiyinin bariz göstəricisidir... 

Qeyd etmək lazımdır ki, romanın davamı da yazılmaqdadır...Biz oxucular isə növbəti kitabları böyük səbrsizliklə gözləyir və  yaradıcılıq işlərində müəllifə bol-bol ugurlar arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)