“İkibaşlı əjdaha” təqdim olundu

Rate this item
(1 Vote)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Qısa müddət ərzində detektiv həvəskarlarının qəlbinə yol tapan, hər iki kitabıyla (“Son gecə”, “On ikiyə işləmiş”) özünə xeyli auditoriya toplamış 

Fəxrəddin Qasımoğlunun müəllifi olduğu  "İkibaşlı əjdaha" kitabının təqdimatı keçirildi.

 

Polis polkovnik-leytenantı rütbəsi daşıyan müəllifin detektivləri niyə belə maraq doğurur və sevilir? Çünki o, şahidi olduğu real hadisələri peşəkarlıqla qələmə alır, təbii ki, real detektiv uydurma detektivdən daha cəlbedicidir. 

Tədbiri açan Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis müəllifin yaradıcılığı barədə qeydlər etdi, onun romanlarının əsas məziyyətlərini vurğuladı.

Kitabdan seçilmiş bir parça “book trailer" formatında "M. Teatr" truppasının ifasında  gənc aktyorlar tərəfindən səhnələşdirilmişdi və sürəkli alıqşlarla qarşılandı. 

Sonda Fəxrəddin Qasımoğlu gələnlərə minnətdarlıq bildirdi və kitabları imzaladı. 

Məkan olaraq isə gənclərin və detektiv janrında oxuculara xitab edəcək "CraftAvenue" anti-kafe seçilmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)