“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam Marafonu” başlayıb

Rate this item
(0 votes)

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam marafonu” başlayıb. “Muğam marafonu” iyunun 24-də İçərişəhərdə, Şirvanşahlar Sarayında saat 12-dən başlayaraq, bu gün - yəni iyunun 25-i saat 12-yədək davam edəcək.

 

24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edir. “Muğam marafonu”nda xanəndələrlə yanaşı, bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir.

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam marafonu” dinləyicilər üçün bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.

Və bu tədbir, xüsusən əcnəbilər üçün çox maraqlıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)