Beynəlxalq Muğam Mərkəzində klassik musiqi konserti olub

Rate this item
(0 votes)

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində klassik musiqi konserti olub. Ümumrusiya və beynəlxalq müsabiqələr laureatları Mariya Paxar (soprano), İlya Xardikov (tenor) rus və xarici ölkə bəstəkarlarının musiqisinə yazılmış operalardan ariyaları və romansları ifa ediblər. Onları fortepianoda Sergey Semyonov müşayiət edib. 

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin verdiyi  məlumata görə, konsert Azərbaycanda həyata keçirilən “Rus dili millətin mədəni kodu və millətlərarası ünsiyyət vasitəsi kimi” təhsil, maarifçilik layihəsi çərçivəsində təşkil edilib. Bu layihə dünyanın ən zəngin dillərindən biri olan rus dilinin qorunub saxlanmasına və onun statusunun artırılmasına yönəlib. 

Layihənin təşkilatçıları Kinofestivallar və beynəlxalq proqramlar mərkəzi, Moskvadakı L.N.Tolstoy Dövlət Muzeyi, “KinoFokus” şirkəti, Bakıdakı Rus Evi, Azərbaycan Dillər Universiteti və Beynəlxalq Muğam Mərkəzidir. Layihə Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə həyata keçirilir. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Murad Hüseynov Rusiyanın Azərbaycandakı səfirliyinin, biznes strukturların, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri, mədəni ziyalılar, rusiyalı həmvətənlər konsertə gələnlər arasında olub.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)