Xalq artisti Musa Mirzəyevin 90 illik yubileyi qeyd edilib

Rate this item
(0 votes)

Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyi ilk öncə Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə bəstəkarın xatirəsinin Fəxri xiyabanda yad edilməsi ilə başlayıb. 

 

Daha sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubileyə həsr olunmuş konsert təşkil edilib. 

Gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solistlər Əməkdar artistlər Aygün Mübariz (soprano), Çinarə Heydərova (qanun), Rövşən Əmrahov (violin), İlyas Mirzəyev (piano), Emin Eminli (tar), Cəfər Həsənovun (nağara) ifasında bəstəkarın əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)