"ÜZBƏÜZ" – bu dəfə Firəngiz Əlizadə ilə

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının  təqdim etdiyi "Üzbəüz" layihəsinin növbəti qonağı ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, "Üzbəüz" layihəsinin bu dəfəki qonağı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə olub.

 Görüşdə iştirak edən Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva əvvəlcə bəstəkarın həyat və yaradıcılığından söhbət açıb. Firəngiz Əlizadə görüşdə Azərbaycan müasir  bəstəkarlıq məktəbinin inkişafından, öz yaradıcılıq yolundan söhbət açıb.  

Görüşdə iştirak edən Gəncə şəhərinin mədəniyyət və incəsənət xadimləri ilə maraqlı müzakirələr aparılıb.

 

“Ədəbiyat və incəsənət”

(20.06.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.