Gəncə Dövlət Filarmoniyasında “Urbanda görüşərik” layihəsinə start verilib

Rate this item
(0 votes)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Urbanda görüşərik" layihəsi çərçivəsində "Qiraət axşamı" təqdim edib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan məlumat verilib. 

 

“Qiraət axşamı"nda ud və balabanın müşayiəti ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri  Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirləri Həsən Fəttan, Vüsal Hicran, İmamverdi Vəliyev, Əsgər Məmmədov, Zahir Şirani, Məhəmməd Hacıyev, Zülfiyyə Yaqub tərəfindən səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)