Tanış olun: Gənc rəssam Aysu Abdullayeva

Rate this item
(2 votes)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın yeni rubrikası təqdim edilir. O, bu dəfə incəsənət sahəsində bir sıra uğurlara imza atmış gənc istedadlarla sizləri tanış edəcək.

 

Aysu Abdullayeva Abdulla qızı 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Sabunçu rayonu Xavər Vəliyev adına 75 saylı tam orta məktəbin 9 b sinif şagirdidir. Bununla yanaşı Xəzər rayonunda yerləṣən 4 nömrəli  uşaq incəsənət məktəbinin Rəssamlıq bölməsinin 4-cü sinfində təhsil alır. Müəllimləri Əməkdar incəsənət xadimi Rafael Muradov ve Fərqanə Muradlıdır. 

5 yaşından Rəssamlıqla məşğuldur. Dəfələrlə  Respublika Rəsm sərgi və müsabiqələrində iştirak etmiş və 1, 2, 3-cü yerlərə layiq görülmüşdür. O, həmçinin  Azərbaycanı beynəlxalq  sərgilərdə təmsil  edərək diplom və sertifikat qazanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)