Şuşa musiqiçilərinin rənglənmiş fotoları bu dəfə Sumqayıt Poeziya Evində

Rate this item
(0 votes)

 

Mədəniyyət Nazirliyinin “Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı” layihəsi çərçivəsində Sumqayıt Poeziya Evində fotosərgi nümayiş olunub. 

 

Sərginin məqsədi Şuşa musiqiçilərinin gənclər arasında tanıdılmasına xidmət edir. 

Sərgi iştirakçıları Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin rəqəmsal üsullar ilə rənglənmiş fotolarını izləyib. 

Sərgidə layihə, o cümlədən fotosu rənglənmiş musiqiçilər haqqında gənclərə ətraflı məlumat verilib, onlar sosial platformalarda Şuşa musiqiçilərinin tanıdılmasında fəal olmağa dəvət edilib. 

Məlumat üçün qeyd edək ki, "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən fevral-may ayları ərzində icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu günə qədər layihə çərçivəsində ölkənin fərqli regionlarında 10 fotosərgi açılıb.