Azərbaycanlı fotomüxbir İlqar Cəfərov beynəlxalq fotomüsabiqələrdə dörd qızıl medala layiq görülüb

Rate this item
(0 votes)

Beynəlxalq Fotoqrafiya Federasiyasının (FIAP) himayəsi altında keçirilən “COLOMBİAN MASTERCLASS CİRCUİT 2023” fotomüsabiqəsinə dünyanın 43 ölkəsindən 168 iştirakçının 1989 fotosu təqdim edilib.

AzərTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotomüsabiqəyə təqdim etdiyi “Before starting” və “Red dress” fotoları FIAP-ın qızıl medallarına layiq görülüb və bu yarışmada ən yüksək bal topladığı üçün “THUMBS UP” sertifikatı ilə mükafatlandırılıb.

 

Serbiyada keçirilən “3rd WORLD PHOTO TRIP 2023” fotomüsabiqəsində isə İlqar Cəfərovun “Red dress” və “Night tragedy” fotoları Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) qızıl medallarına, “Cleaning” fotoşəkli isə FIAP-ın fəxri lentinə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)