“Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində tədbirlər davam edir Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

 

Bu gün üç böyük ədibin – Mikayıl Müşfiqin, Vaqif Səmədoğlunun və Natiq Rəsulzadənin doğum günləridir. Səhərdən bu barədə bir çox paylaşımlar etmişik. Amma təqvimdə 5 iyun gününün bir ayrı statusu da var. Bu gün dünyanın bir çox ölkələrində 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd edilir.

 

 

 

Bu günün təsis edilməsinin əsas məqsədi əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldirilməsidir. Və nəzərə alaq ki, bu il yaşıl dünya naminə ən böyük fəaliiyətlərlə yadda qalacaq bir olacaq.

 

Gənclərin üz tutduğu gözəl məkan – insanları maarifləndirən, informasiya ilə silahlandıran, eləcə də karyera inkişafına təkan verən, motivəedən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası belə bir gündə təbii ki, hərəkətsiz qala bilməz. Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə kitabxanada “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər davam edir.

 

Kitabxananın rəsmi saytında (https://ryl.az/activity/yashil_dunya) “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazası yaradılıb. Bazada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar internet məkanında dərc edilən materiallar toplanılır. Elektron resurslar bazasında “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “525-ci qəzet” kimi internet portallarında yer alan “Təmiz gələcəyə doğru inamlı addımlar”, “Azərbaycan yaşıl dünya uğrunda öncüllərdəndir”, “Azərbaycanın "yaşıl enerji" hədəfləri: dünya ekologiyası üçün yeni fürsətlər”, “Qlobal çağırışlar, etibarlı tərəfdaşlıq” kimi 100-ə yaxın məqalənin tam mətni yer alır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik” adlı ənənəvi sərgi də təşkil edilib. Sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Yaşıl dünya naminə həmrəylik ili” adlı biblioqrafiq icmal sərgilənməkdədir.

 

Hər bir niyyət xoş olduqda barlı-bəhrəli olur. Əminik ki, kitabxananın bu maarifləndirmə kampaniyası çoxları üçün həqiqətən əsl dərs verir. Bu tərəfdə biri ağac  qırır, biri otu taptalayır, o yanda biri çiçək yolur, biri suya çirkab axıdır. Bir başqası havaya zəhərli maddələr buraxır... Və kütləvi olaraq hamı küçələri zibilləyir.

 

Olmaz!!!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(05.06.2024)