Astarada maraqlı ədəbiyyat tədbiri keçirilib

 

Dünən - iyunun 3-də AYB Lənkəran Bölməsi nin təşkilati dəstəyi və Astara Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə şair Qorxmaz Kadusi ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsindən verilən məlumata görə, görüşdə Mərkəzin əməkdaşları, məktəblilər, müəllimlər, ziyalılar, bölgə yazarları iştirak ediblər. 

Mərkəz əməkdaşlarının rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanan geniş ədəbi bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Mərkəzin direktoru Şəmsiyyə Mirzəyeva tərəfindən tədbirdə iştirak edən yazarlara: səbəbkar şair Qorxmaz Kadusiyə, yazıçı dramaturq Qafar Cəfərliyə, LDU-nun dossenti Leyla Məcidovaya, şair Nəriman Azəriyə, şair Ziya Dilsuza, şahmatçı, ədəbiyyat bilicisi İdrak Dadaşova Fəxri Fərman təqdim edilib. 

Sonda şair Qorxmaz Kadusi tədbirə görə Mərkəzin rəhbərliyinə və əməkdaşlarına, şagirdlərə təşəkkür edib, kitablarını Mərkəzə hədiyyə edib və şeirlərindən nümunələr söyləyub. 

Tədbir şirniyyat masası ətrafında maraqlı söhbətlə davam etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)