Los-Ancelesdə keçirilən 73-cü Emmy televiziya mükafatının təqdimetmə mərasiminin təfsilatı Featured

Rate this item
(0 votes)

 

Xəbər verdiyimiz kimi, bazar günü gecə saatlarında Emmy televiziya mükafatının 73-cü dəfə təqdimedilmə mərasimi baş tutmuşdur, Kaliforniya ştatının Los-Anceles şəhərində düzənlənən və CBS telekanalı ilə canlı yayımlanan mərasimdə "Tac" (The Crown), "Ted Lasso" (Ted Lasso) və "Kraliçanın gedişi" (The Queen's Gambit) serialları mükafata layiq görülmüşlər. Vəd etdiyimiz kimi, indi də mükafatlandırma mərasimindən daha geniş məlumat veririk.

 

Film nominasiyaları

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən məlumat verir ki, "Tac" nominasiyaların ümumi sayına görə lider olub, 24 kateqoriyada  mükafata namizəd sayılıb. Son illər bütün qalib filmlərin arxasında dayanan kimi, “Tac”ın da arxasında Netflix dayanıb. Ən yaxşı dramatik serial adı uğrunda onunla birgə "Mandalorlu" (The Mandalorian), "Oğlanlar" (The Boys), "Bridcertonlar" (Bridgerton), "Qulluqçunun hekayəsi" (The Handmaid's Tale), "Lavkraft ölkəsi" (Lovecraft Country), "Poz" (Pose), “Bu bizik” (This İs Us) filmləri mübarizə aparmışlar.

 

Ən yaxşı komediya serialına görə "Ted Lasso"dan başqa "Qara komediya" (Black-ish), "Kobra Kai" (Cobra Kai), "Emili Parisdə" (Emily in Paris), "Hiylələr" (Hacks), "Bort bələdçisi" (The Flight Attendant), "Kominski metodu" (The Kominsky Method) və “Qələm 15” (PEN 15) mükafata iddialı olmuşlar.

 

Ən yaxşı mini-seriala görə nominasiyada mükafat "Kraliçanın gedişi"adlı yeddiseriyalı əsərə nisbətən asan qismət olub, rəqabət güclü olmayıb. Bu kateqoriyada Emmy-yə "Vanda/Vizhn" (Wanda Vision), "Mən səni məhv edə bilərəm" (l May Destroy You), "İsttaundan olan  Meyr" (Mare of Easterown Mare, 2021) və "Yeraltı dəmir yolu" (The Underground Railroad) serialları da  iddia etmişlər.

 

Aktyor nominasiyaları

 

Gin Smart və Jason Sudeykis komediya seriallarında baş rollar üçün Emmy qazanmışlar. Smart "Tricks" serialındakı roluna görə komediya seriallarında ən yaxşı qadın rolu mükafatına layiq görülmüşdür. Ona rəqabəti Endi Brayant (Shrill), Kayli Kuoko (The Flight Attendant), Ellison Cenni (Mom) və Treysi Ellis Ross (Black-ish) təşkil etmişlər. Sudeykisə isə komediya seriallarında ən yaxşı kişi roluna görə Emmy "Ted Lasso" serialında baş rola görə qismət olmuşdur. Bu nominasiyada mükafata Entoni Anderson (Black-ish), Maykl Duqlas (The Kominsky Method), Uilyam Meysi (Shameless) və Kenan Tompson (Kenan) da namizəd idilər.

 

The Crown serialında çıxış edən Oliviya Kolman və Coş O'Konnor isə Dram serialında aparıcı rollara görə mükafata layiq görülüblər. Qadın nominasiyasında Kolmanın rəqibləri Elizabet Moss (The Handmaid ' s Tale), Em-Cey Rodriguez (Pose), Cerni Smollett (Lovecraft Country) və Uzo Aduba (İn Treatment) olmuşlar. Kişi kateqoriyasında isə Coş O'Konnor öz növbəsində ORege-Jan Peyc (Bridgerton), Conatan Meycers (Lovecraft Country), Metyu Riz (Perry Mason), Billi Porter (Pose) və Sterlinq Braun (This is Us) rəqabət aparmışdır.

 

Dünyaşöhrətli Keyt Uinslet Mare of Easttoown mini-serialda ən yaxşı qadın roluna görə mükafat qazanmışdır. Kişilər arasında analoji mükafata Yuen Makqreqor (Halston) layiq görülmüşdür.

 

Mərasimin özü

 

Pandemiyanın fonunda mükafatların təqdim edilməsi mərasimi  Los-Ancelesdəki "Maykrosoft" Teatrının arxasında salınan çadırda təçkil edilmişdi, halbuki 12 il idi ki, mükafat teatrın səhnəsində təqdim olunurdu. Təşkilatçılar sosial məsafənin gözlənilməsi naminə mərasimə gəlmək hüququna malik olan nominantların sayını xeyli məhdudlaşdırmışdılar: bir nominasiya üzrə layihələrin hər birində iştirakçı heyəti  dörd nəfərdən çox deyildi. Bəzi iştirakçılar mərasimdə iştirak etmək üçün ABŞ-a gələ bilməmişdilər və başqa ölkələrdən videoəlaqə ilə çıxış edirdilər.

 

Emmy barədə

 

Qeyd edək ki, əlində atom modeli olan qanadlı qadının heykəlciyi olan mükafat Televiziya elmləri və İncəsənət Akademiyası tərəfindən ən fəal baxış müşahidə olunan axşam saatlarında yayımlanan verilişlərə görə verilir. Praym-taym (axşam verilişləri), günorta, beynəlxalq, idman, xəbər və sənədli proqramlar üçün də Emmy mükafatları verilir. Onların təqdimetmə mərasimləri hər il, lakin müxtəlif aylarda keçirilir. Axşam verilişləri üçün verilən mükafat bütün Emmy-lərin içində ən məşhuru və nüfuzlusu hesab olunur.

 

Sonda onu da qeyd edək ki, əsas qalib olan “Tac” serialının ekrana çıxışı dekabrın 8-nə təsadüf edəcək.