Vim Venders 27-ci Sarayevo kinofestivalının mükafatına layiq görülüb

Rate this item
(0 votes)

“Kino sənətinə görkəmli töhfəsinə görə” alman rejissoru Vim Vendersə “fəxri ürək" təqdim edilib.
"Biz çox şadıq ki, həmişə tamaşaçıya unudulmaz tarix və emosiyalar təklif edən görkəmli ustanı mükafatlandırırıq, biz ona borcluyuq", - deyə festivalın direktoru Mirsad Purivatra mərasimdə qeyd edib. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən bu barədə məlumat verir.
"Mənim elə hisslərim var ki, bütün arzularım gerçəkləşib", - deyə 76 yaşlı Vim Venders mükafatı qəbul edərkən bildirib.
“İl yarımdır ki, mən heç yerə getməmişəm, il yarımdır ki, başqa adamlarla filmlərə baxmamışam. Bu gün yaşadığımız bu xoşbəxtliyə inana bilmirəm. Bu mükafat ürək şəklindədir. Mən öz filmlərimi məhz qəlbimlə çəkirəm. Buna görə bu mükafat mənim üçün xüsusidir".
Çox önəmli bir fakt: Rejissor-povestçi, ssenarist, fotoqraf və prodüser Vim Venders Sarayevoya 10 il sonra qayıdıb, belə ki, 2011-ci ildə ilk dəfə buraya Oskar mükafatına namizəd olan "Pina" adlı  sənədli 3D filmini təqdim etmək üçün gəlmişdi.
Vaxtilə "Amerikalı dost", "Berlin üzərində səma" və "Əşyaların vəziyyəti" filmləri Vendersi yeni alman kinosunun pionerləri sırasına  çıxarmışdı. Onun "Paris, Texas" filmi isə Kannda Palma budağı almışdı.
Qeyd edək ki, Sarayevdəki festival 90-cı illərin əvvəllərində - serblərlə müharibədə şəhərin mühasirəsi zamanı müqavimət simvolu kimi yaradılıb. Onun təşkilatçıları xüsusən Cənub-Şərqi Avropadan filmlərin təbliğinə xüsusi diqqət yetirirlər.
Vim Venders Sarayevo kinofestivalı çərçivəsində master-klass da verib, tamaşaçılar onun filmlərinin retrospektivinə də baxa biliblər.
Sarayevodakı kino bayramı bu gün - sentyabrın 20-də axşam saatlarında yekunlaşacaq.