Kann festivalının ən ağlasığmaz və ən uğurlu filmlərinin adları açıqlandı

Rate this item
(2 votes)

 

Yekunlaşmaqda olan Kann kinofestivalının iki filmini mütəxəssislər və media nümunə gətirir: “Titan" və “Avtomobilimin sükanı arxasında otur" filmlərini. Fikirlər birmənalıdır: bu filmlər Kannın ən ağlasığmaz və ən müvəffəqiyyətli filmləri hesab olunur. 

 

Fransız Culiya Dyukornonun təxribat xarakterli qanlı trilleri və yapon Rsuke Hamaguchinin zövqverici fəlsəfi dramı haqqında "Ədəbiyyat və incəsənət" portal olaraq "Screen" jurnalına istinadən danışaçağıq.

 

Kann ictimaiyyəti Pol Verxovenin şəhvətpərəst rahiblərindən zövq almağa tam macal tapmamış fransız xanım Culiya Dükkorno öz qanlı "Titan" dramı ilə gündəmi zəbt etdi. Culiyanın həyata kinayə ilə çəkilmiş “Çiy” filmindən sonra, hərçənd, jurnalistlər ondan nəsə bir yeni təxribatı onsuz da gözləyirdilər. "Çiy" filmində qəhrəman öz ətini yeyirdi, dəhşətlə, hardasa adam diskindirmələriylə, hətta lap iyrəncliklərlə bol idi o film. "Nəhayət ki, kino Kanna döndü" deyə filmin nümayişindən sonra çoşqun tamaşaçılar qışqırışdılar. Jurnalistlər də ayağa qalxıb filmi alqışladılar. Bu, jurnalistlərin səmimi alqışladığı müsabiqənin ilk filmi oldu. Əlbəttə ki, "Lumiere" teatrında tamaşaçıların rəsmən film alqışlamaları ənənədir, onlar bütün filmləri alqışlayırlar, bunu həmişə, hamı üçün edirlər. Amma söhbət bol ovasiyalardan gedir. Demək ki, kino zövqləri qana susamış vampirlər, qandonduran vəhşət səhnələrinə susayıb.

 

 "Titan"ın "Palma budağı"na  əsas namizədlərdən biri olduğunu söyləmək amma hələ tezdir. Hər halda, qarşıda Odiar, Şon Beyker, baş rolda Lea Seidu ilə macar rejissoru İldiko Enyedinin dramı, habelə Apitçappon Viradetakulun filmi durur. Amma fikirlər yekdildir ki, “Titan” builki proqramın ən parlaq filmlərindən biridir. 

 

Uşaqlıq dövründə Aleksiya başından yaralanır, buna görə də kəlləsinin bir hissəsi titan plitəsi ilə əvəz edilir. O, böyüyür, rəqqasə kimi çalışır və çoxsaylı pərəstişkarlarını səmimi rəqsləri ilə cəlb edir. Onlardan biri işdən sonra qızı avtomobilinədək təqib edir və israrla onunla əlaqə qurmağı tələb edir. Aleksiya saç sançağını qulağına sancmaqla bu şəxsi öldürür, meyiti gizlədir, işə qayıdır, cinayətin izlərini yuyur. Başındakı metal beynini də əsarətə saldığından bu epizod  Aleksiyanı cızığından çıxarır, o evə qayıdanda valideynlərini də yandırır və sevimli avtomobili ilə şəhərdən qaçır...

 

Süjet güman ki, sizə qəribə görünəcək və bu, həqiqətən belədir. Film sərt ritm rejimini axıradək saxlayır - bir qəddar qanlı səhnə başqa biri ilə əvəz olunur. Qəhrəmanın depressiyadan çıxmaq üçün şəxsi evdə özünə kiçik bir parti qurması epizodu, hətta Kventin Tarantinonun üslubuna uyğun gəlir, burada bir ixtiraçılıq və yumor var. Vizual olaraq film tamamilə güzəştsizdir. 

 

​​​Müsabiqədə Verhoven "kişi baxışı"nda ittiham olunurdu, Dyükorno isə "Titan" da, şübhəsiz, qadın baxışı ortaya qoyur, əmin olun ki, bu filmi kişi çəksəydi, onu çılpaq qadın bədəninin bolluca nümayişi üçün yandırardılar. Lakin, fransız rejissoru yalnız qəhrəmanının cinsi tərəfi deyil, transformasiya və yenidən dirçəlmə qabiliyyəti də maraqlandırır. Ağırlıq, ağrılar, əzab-əziyyətlər - bütün bunlar tamaşaçıya praktiki olaraq fiziki basqı göstərir. "Titan"ı haqlı olaraq Devid Kronenberqin "Fəlakəti" ilə müqayisə edirlər. Həmin film də Kann festivalında göstərilmişdi və ona tamaşaçıların verdikləri reaksiya birmənalı olmamışdı. Nəticədə, film "cəsarət və orijinallıq" üçün mükafatlandırılmışdı. Kim bilir, bəlkə də Dyükorno da “qadın cəsarəti”nə görə təltif olunacaq.

 

İndi də keçək ikinci filmə. Bəlkə də başqa heç bir filmlər "Titan"la yaponiyalı Rüsuke Hamaguchi tərəfindən çəkilmiş "Avtomobilimin sükanı arxasında otur" filmləri qədər bir-biri ilə əks qütbdə dayanmayıblar. Amma bu iki filmi birləşdirən cəhət də var, hər ikisində avtomobil əsas rol oynayır. Odur ki, hər iki film barədə paralel danışmaq üçün kinokritiklər bu çox zəif əlaqədən istifadə edirlər.

 

Bu il Hamaguchi artıq iki film təqdim edib: birincisi "Təsadüf və təxmin" filmidir ki, Berlinaledə münsiflər heyətinin Qran-Prisini qazanıb, ikincisi isə "Avtomobilimin sükanı arxasında otur"dur ki, Kann festivalının əsas müsabiqəsinə düşüb. Burda da yaponun uğur qazanaçağı ehtimalı böyükdür, belə ki,  "Avtomobilimin sükanı arxasında otur" "Screen" jurnalının reytinqinə görə kinokritiklərin sevimlisi olaraq qalır və indiyə qədər heç kim onu keçə bilmir.

 

Hamaguchi rejissor kişi ilə ssenarist qadının ər-arvad münasibətlərini lentə alıb, bir dəfə kişi başqası ilə görüşərkən qadınının üstünə çıxır, lakin bunu açıb-ağartmır. Hər dəfə məqam gəzir bu məsələ barədə danışmağa, beləcə də günü günə satır. Epizodun gərginliyi ər-arvad münasibətlərini bütün çılpaqlığı ilə ortaya qoyur, kişi arvadının əzizləmələrinin süniliyini duyaraq yaşayır, hər gün onun yeni xəyanətlərlə məşğul olmasını düşünür. Qəfildən də qadın avtomobil qəzasında dünyasını dəyişir, kişi ona xəyanətkar olduğunu söyləyə bilmir...

 

 

 

Fotolarda: Hər iki filmdən fraqment.

 

Foto: © Carole Bethuel