Mədəniyyəti çəpərə almaq olmaz!!! - Şahbaz Xuduğlu yazır Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış naşir, ictimai xadim Şahbaz Xuduoğlunun ürək ağrısı ilə qələmə aldığı kəlmələri REPLİKA rubrikasında diqqətinizə çatdırır. 

 

Dostluq" kinoteatrını çəpərə alıblar. Müvəqqəti narahatlığa görə üzr istəyirlər. Amma əmin olun, bu müvəqqəti deyil, bu əbədidir. Bu mədəniyyətimizə vurulan böyük bir zərbədir.

Özəlləşdirmə proqramına əsasən mədəniyyət obyektləri özəlləşdirilə bilməzdi. İndi qanunvericilik dəyişibmi, onu bilmirəm.

“Dostluq" böyük zalları olan gözəl bir binadır. Mədəniyyət ocağıdır. Onu dağıtmaqdansa bərpa edib mədəniyyətə qaytarın. Bir hissəsini kitabxana edin, bir hissəsini kino zalı, birinci mərtəbəsində kitab kafesi olsun. Kitabla, kino, teatr ilə əlaqəli olan bir ocağa çevirin. 

Niyə bu xalq öz mədəniyyətinə sahib çıxmaq əvəzinə onu dağıdır. Hər rayonda bir neçə kinoteatr, bir neçə mədəniyyət klubu vardı, cüzi bir hissəsi qalıb. Hamısı dağılıb. Hamısı satılıb. 

Bu faciəyə necə müvəqqəti narahatlıq adı vermək olar?!

 

Şəkildə: “Dostluq” kinoteatrı indi (qapaq şəkli) və ötən əsrin 70-ci illərində.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)