“Ədəbiyyat və incəsənət” portalı Türk dünyasının media mükafatına layiq görüldü Featured

Rate this item
(6 votes)

Dekabr ayının 10-da Türk dünyasının mədəniyyət paytaxtı Şuşa möhtəşəm bir tədbirə evsahibliyi etdi. Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamradovun, digər rəsmi şəxslərin iştirak etdikləri tədbirdə 2023-cü mədəniyyət ilinə yekun vuruldu və Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı estafetini Türkmənistanın Anev şəhərinə verdi. 

 

Tədbirdə 2023-cü il ərzində Türk dünyası mədəniyyətinə töhvə verən media qurumları TÜRKSOY-un media mükafatlarına layiq görüldülər. Azərbaycandan mükafat “Ədəbiyyat və incəsənət” portalına təqdim olundu. 

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2023)