AYB-də Mənsurə Qaçayqızının kitabı təqdim olunub

Rate this item
(0 votes)

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı-publisist Mənsurə Qaçayqızının “Yad şəhərin yuxusu” adlı hekayələr kitabının təqdimatı keçirilib.

 

Mina Rəşidin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, tədbirdə ilk olaraq yazıçı, Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli bir müəllif kimi Mənsurə Qaçayqızını  qonaqlara təqdim edib. M.Qaçayqızının yazılarının gözəl ruhundan, maraqlı təsvirlərindən söhbət açan yazıçı müəllifə daha böyük uğurlar arzulayıb. Sonra tədbirin aparıcısı yazıçı Narıngül Nadir müəllifin hekayələrinin özəlliyindən danışaraq qonaqlara söz verib.

 Tədbirdə yazıçı və şairlərdən Təranə Vahid, Kənan Hacı, Fəxrəddin Teyyub, Ay Bəniz Əliyarlı, Fəxrəddin Meydanlı, Şəfəq Sahibli və başqaları çıxış edərək Mənsurə xanımın yazılarının dəyərindən danışıb, şeirlərindən nümunələr söyləyiblər.

          Qeyd edək ki, AYB-nin üzvü, M. Qaçayqızı Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. ADPU-nun Riyaziyyat fakültəsini bitirib. O, Şəhid polkovnik-leytenant Elzamin Təhməzova həsr olunmuş  “Şuşanın qoxusu gəlir”, Şuşada şəhadətə ucalan Şəhid Baxış Rəhimliyə ithaf edilən “Çinar ömrü” və başqa kitabların müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)