Kitab bayramı bu dəfə Lənkəranda!

Birinci Lənkəran Kitab Sərgisi anşlaqla yadda qalıb

 

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB) ölkədə kitab təbliğatına növbəti töhfəsini verib. Assosiasiya Mədəniyyət Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə, həmçinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyilə Birinci Lənkəran Kitab Sərgisini keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən verilən məlumata görə, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutan sərgidə möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, nümayişi, eləcə də müxtəlif endirim kampaniyaları həyata keçirilib. Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri təşkil olunub. 

Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilən üçgünlük sərgi anşlaqla yadda qalıb. Oxucular sərgi çərçivəsində yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof Mail Yaqub, təlimçi Arzu Paşazadə, eləcə də digər tanınmışlarla görüş imkanı əldə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)