UŞAQLARINIZ ÜÇÜN OXUYUN – “Balaca şahzadə” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının UŞAQLARINIZ ÜÇÜN OXUYUN rubrikasında bu gün sizlərə dünyaşöhrətli fransız yazıçının dünyaşöhrətli əsəri təqdim ediləcək. Bəli, söhbət Antuan dö sənt Eqzüperidən və onun “Balaca şahzadə”sindən gedir. Əsəri dilimizə Cavanşir Yusifli tərcümə edib.

 

“Hansısa uzaq ulduzların birinin bağrında bitən gülü sevirsənsə, gecələr səmaya bax.

Bütün ulduzlar çiçəkləyəcək...”

***

“Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır”

 

XX FƏSİL

Balaca şahzadə getdikcə getdi, yorulma dan, usanmadan, daşların, qumların, dağ-daşın arasından keçərək... və nəhayət, qar şısına bir yol çıxdı. Bu yol insanların ya- şadıqları yerə aparırdı.

Salam, – dedi.

Bu, qızılgüllərin aşıb-daşdığı bri bağça idi.

Salam, – qızılgüllər dərhal cavab verdilər.

Balaca şahzadə çevrilib onlara baxdı. Onların hamısı onun gülünə oxşayırdı.

Siz kimsiniz? – Balaca şahzadə təəccüblə soruşdu.

Biz qızılgüllərik, – onlar cavab verdilər.

Balaca şahzadə ah çəkdi.

Özünü birdən çox üzülmüş və bədbəxt hiss elədi. Onun gülü bir gün belə bir əh- valat danışmışdı ki, o, bu planetdə yeganə nüsxədir, başqası heç harda yoxdur. İndi burda, bu bağçada o birdən-birə beş min gül görürdü, hamısı da bir-birinə bənzəyirdi.

“Bunu görsəydi o, şübhəsiz ki, həyə canlanardı, – Balaca şahzadənin başından bu fikir ildırım sürətiylə keçdi. Görsəydi, birdən boğazı qısılar, möhkəm, özü də dayanmadan öskürərdi, elə görkəm alardı ki, sanki indicə canını tapşıracaq, ölsün, amma gülməli görünməsin. Mənsə iş-gücümü atıb onun dalınca sürünməliydim, yalvarmalıydım, xəstə kimi qayğısına qalmalıydım, əks təq dirdə o, doğrudan da, ölərdi...”

Daha sonra isə ağlına görün nələr gəldi:

“Bircə gülüm vardı və özümü çox zəngin biri hesab edirdim, çünki dünyada yeganə gülün sahibi idim, sən demə, bu, çox adi bir qızılgül imiş. Bu gül və hündürlüyü dizimdən olan üç vulkanla, – onlardan biri də, heç şübhəsiz ki, əbədilik sönmüşdü, – mən haranın şahzadəsi ola bilərdim ki... ”. Otların üstünə sərələnib ağlamağa başladı.

(Sevimli uşaqlar üçün sabah növbəti fəsli təqdim edəcəyik)

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)