Azərbaycanlı şair Ümid Nəccari beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı şair və tərcüməçi Ümid Nəccari “2021-ci ilin Beynəlxalq “Bogdani” mükafatı” diplomuna layiq görülüb.
Kosovanın “Pyeter Bogdani” Beynəlxalq Yazıçılar Assosiasiyası hər il noyabrın 27-də diplomlarını Brüssel və Priştina şəhərlərində təqdim edir.
Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir. İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında şeir və yazıları tərcümə olunaraq işıqlandırılıb.