Azərbaycanda ilk dəfə daş buğa fiqurları aşkarlanıb

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin mütəxəssisləri tərəfindən Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlara baxış keçirilib və çox lazımi artefaktlar aşkarlanıb.

 

Dövlət Xidmətindən bildirilib ki, monitorinq zamanı daş qoç və daş buğa (camış) fiqurları aşkar edilib.

"Qeyd etmək istərdik ki, Azərbaycan ərazisində ilk dəfədir ki, daş buğa (camış) fiquru aşkar olunur", - deyə məlumatda bildirilib.

Adətən keçmiş fiqurların ən yaxşıları, ən keyfiyyətliləri illərin sınağından keçib salamat qalır.