“Cartoon Magazine” dərgisi karikaturaçımızı dərc edib

Dünya Karikaturaçılar Birliyinin rüblük dərgisi olan "Cartoon Magazine" dərgisinin yeni sayında həmyerlimiz, istedadlı karikaturaçı rəssam Soltan Soltanlının əsərləri dərc olunub. 6 karikaruranın hər biri maraqlıdır, dərin ictimai-siyasi məna kəsb edir. Məsələn, onlardan birində ağzı və qolları bağlanmış şəxs medalla təltif olunur. 

Soltan qlobal, bəşəri problemlərə toxunur, buna görə də onun karikaturaları həmişə beynəlxalq müstəvidə təqdir edilir.