Ukrayna prezidenti Əlibala Məhərrəmzadəni təltif etdi

 

Ukrayna Prezidenti Volodimir Zelenski üç Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Ukrayna Prezidentinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Zelenski bununla bağlı sərəncamı ötən gün imzalayıb.

Sərəncama görə, Məhərrəmzadə Əlibala Səttar oğlu və Qasımov Mehralı Süleyman oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.

Xatırladaq ki, Azərbaycanda Ukrayna Ticarət Evinin baş direktoru olan Əlibala Məhərrəmzadə hər iki ölkənin mədəniyyətinə də öz sənədli və bədii kitabları ilə töhvə verməkdədir.

Təltif olunanları təbrik edirik!