İntiqam Yaşar Türkiyədə beynəlxalq şeir axşamlarında Azərbaycanı təmsil edir

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Türkiyədə təşkil olunan  Beynəlxalq Sapanca Şeir axşamlarında Azərbaycanı təmsil edir.  
“Ədəbiyyat və incəsənət” portalına İntiqam Yaşarın verdiyi məlumata görə, adıçəkilən tədbir 20 illik tarixə malik olmaqla Türkiyənin ən önəmli ədəbiyyat tədbirlərindən hesab olunur.  Bu il təşkil olunan tədbirlər çərçivəsində şairlərin şeir gecələrində çıxışları və Türkiyənin müxtəlif təhsil ocaqlarında görüşləri baş tutacaq. Qeyd edək ki,  Beynəlxalq Sapanca Şeir axşamlarının açılış törəni bu gün 20 oktyabr Türkiyə vaxtı ilə saat 19:00-da Adapazarı Kültür Mərkəzində reallaşacaq. Tədbir Sakarya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilir.