Gənclər təşkilatlarının nümayəndələri ilə yazıçı Varisin görüşü keçirilib

 

Ötən gün “Əbədi Sevgi - Vətən" layihəsi çərçivəsində yazıçı, Əməkdar jurnalist Varis ilə ölkənin gənclər təşkilatları nümayəndələrinin görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsindəki bu görüş Gənclər Təşkilatlarının Resurs Mərkəzində - Qlobus centr- də baş tutub.

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri  Azər Əliyev görüşdən öncə yazıçını Milli Şuranın ölkənin onlarca gənclik təşkilatını təmənnasız olaraq ofislə təmin edən Resurs Mərkəzi ilə tanış edib, görülən böyük və faydalı işlər barədə məlumat verib.

Görüş zamanı yazıçı ədəbiyyatda vətənpərvərlik motivlərinin təşəkkül tapmasının cəmiyyətə verdiyi faydalardan, gənclərdə Vətən sevgisini formalaşdıran amillərdən, hədəf seçmək və uğura doğru irəliləmək qaydalarından bəhs edib. 

Eyni zamanda kitabın və mütaliənin rolu, layiqli vətəndaş ola bilmək, karyera və inkişaf mövzularına da toxunulub, izləyicilərin sualları cavablandırılıb. 

Sonda xatirə fotosu çəkilib.