18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasının birgə təşkilatçılığı ilə konsert proqramı baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Beynəlxalq Muzeylər Gününün tarixi haqqında iştirakçılara məlumat verib. O, muzeylərin milli-mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və gənclərin maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasının direktoru Aytən Əhmədova muzey əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər arzulayıb.
Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasının şagirdləri Zəhra Quluzadə, Sübüxanım Bağırlı, Acalova Fəray, Mirzəyeva Sofiya, Hacızadə Dəniz, Mədinə Əlibəyli, Əliyeva Leyla, Fərəh Soltan, Məryəm Əlibəyova, Natella Nikoleyşvili, Məlikli Leyla, Abdulova Nurgün, Heybətzadə Fazil, Məmmədli Əsma Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.05.2026)


