Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı milli mətbuatın 150 illiyi münasibətilə tədbir keçirib

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

21 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə teatr sənəti sahəsində xidmətləri olan media işçiləri və Teatr Xadimləri İttifaqının nümayəndələri iştirak ediblər.

 

Giriş sözü ilə tədbiri açan İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Milli Mətbuat Günü münasibəti ilə iştirakçıları təbrik edib, Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolundan söhbət açıb. Sonra teatr sahəsində uğurlu fəaliyyət göstərən media nümayəndələri «İttifaqın dostu» diplomu, Fəxri fərman və «Teatr fədaisi» medalı ilə təltif olunublar.

Mükafatlandırılanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkilib.

 

Təltif olunanlar

 

“İttifaqın dostu” diplomu ilə:

Azərbaycan Televiziyası Mədəniyyət Kanalının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə

 

Trend Beynəlxalq İnformasiya Agentliyi Mədəniyyət şobəsinin rəhbəri

Vüqar İmanov

 

Real Təhlil İnformasiya Mərkəzinin Proqram Departamentinin rəhbəri

Kamran Qasımov

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaktoru Suvar İbadov (Abdulla Suvar)

 

«Xalq» qəzeti Humanitar siyasət şöbəsinin müdiri

Əli Nəcəfxanlı

 

İki sahil.az  xəbər portalı üzrə şöbə müdiri

Qvami Rəsulov

 

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin

105 FM radiosunun rejissoru, jurnalist Vəfa Sərdar (Qədirova)

 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

Ağalar İdrisoğlu (Mehdiyev)

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri

Fidan Əlizadə

 

“Vətən səsi” saytının müxbiri Mina Rəşid (Şıxova)

 

Jurnalist Şəlalə Camal

 

Mədəni tədbirlərin təşkilatçısı Sevda Əliyeva

 

Pressklub.az saytının redaktoru Ramilə Qurbanlı

 

 

 

Fəxri fərmanla:

 

Azərbaycan Televiziyası Mədəniyyət Kanalı “Min maska” layihəsinin rəhbəri

Həmid Əsədzadə

 

Azərbaycan Televiziyası Mədəniyyət kanalı Mədəniyyət xəbərləri redaksiyasının müxbiri Məmməd Məmmədli

 

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçısı

Sələmə Məhərrəmova

 

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri

Elvin Nüsrətoğlu (Abdulxalıqov)

 

Jurnalist-Dramaturq Ülviyyə Heydərova

 

Jurnalist-Dramaturq Cavid Zeynallı

 

 

“Teatr fədaisi” medalı ilə:

 

Gülcahan Mirməmməd

Həmidə Rüstəmova

Samirə Behbudqızı.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.