Sülhün memarı Ərdoğan və 47 illik mübarizənin sonu Featured

Nərgiz Qəribli Qaya, Türkiyə. “Ədəbiyyat və incəsənət” üçün

 

                                   “Evdə sülh, dünyada sülh”, Mustafa  Kamal Atatürk

Dahi Mustafa  Kamal Atatürkün bu sözləri həmişə  Oamanlı türklərinin və eləcə də bütün türkdilli  xalqların ali ali məqsədi olub. Çünki türkdilli xalqlar tarixlər boyu bütün millətlərlə sülh şəraitində yaşamaq istəyiblər və buna da çalışıblar. Əgər belə olmasaydı bir vaxtlar Osmanlı türkləri sülh şəraitilə Çindən bütün dünyaya köç etməzdilər. Və istəsəydilər çinliləri məğlub edib, həmin torpaqlara sahib olardılar.

 

Əfsus ki, bunu çinlilər hələ də başa düşmür və orada yaşayan uyğur türklərinə qarşı kəskin müharibə aparır və onları doğma yurdlarından köçməyə məcbur edirlər...

Bəli. Türklər dahi Müsafa Kamal Atatürkün bu kəlamına söykənərək, Türkiyədə, 47 il davam edən ağrılı və qanlı bir terrorla  mübarizə  dövrünü  arxada  qoyarkən, bu tarixi  qələbənin  arxasında  qətiyyətli, uzaqgörən  və strateji bir liderlik dayanır:  Bu liderlik də Rəcəb Tayyib Ərdoğana məxsusdur. Çünki bütün bu illərdə cənab Rəcəb Tayyib Ərdoğan yalnız  bu qızıl kimi sözləri özünün əlində bayraq elədi: “Müharibə yalnız can alır, sülh həyat doğurur”. Məhz buna görə də bütün bu illərdə sülhə doğru böyük addımlar  atdı.

PKK-nın silahı yerə  qoyması  təkcə bir təşkilatın geri çəkilməsi deyil;  bu, eyni zamanda Türkiyə  Cümhuriyyətinin  regional gücünün, kəşfiyyat  potensialının, hərbi  strategiyasının  və siyasi sabitliyinin  gəldiyi  səviyyəni  simvolizə edir. Bu uzun və  çətin yolda Prezident  Ərdoğan  hər  sahədə, həm  də masa arxasındafkı söhbətlərində  göstərdiyi güclü  iradə  ilə  ölkəni bu uğura aparan əsas simalardan biri olmuşdur.O, dünya səviyyləri öz çıxışalrında  məşhur azadlıq mücahidi Martin Lüter Kinqin bu sözlərindən tez-tez istifadə etməklə dünya xalqlarını da həmişə birliyə çağırıb: ” Quş kimi uçmağı və balıq kimi üzməyi öyrəndik. Ancaq çox sadə bir sənəti unutduq - qardaş kimi yaşamağı”.

Onun bu sözləri də millətindən asılı olmayaraq bütün məməkətlərdə sürəkli alqışlarla qarşılanıb.

Ərdoğanın  rəhbərliyi  ilə atılan addımlar -sərhədyanı terrorla mübarizə əməliyyatları, yerli müdafiə  sənayesinə  qoyulan  sərmayələr, kəşfiyyat orqanlarının  koordinasiyasının gücləndirilməsi və bölgə diplomatiyası sayəsində terrorun  maliyyə  və lojistik qaynaqlarının  kəsilməsi - çoxşaxəli strategiyanın məhsuludur. Terrorla  mübarizəyə yalnız hərbi  deyil, siyasi  və sosial  baxış bucağından yanaşılması; xalqın  dəstəyini  arxasına alan sabit idarəçilik anlayışı ilə birləşəndə Türkiyə, bu problemi davamlı şəkildə  həll  etməyi  bacarmışdır.

Ən  əsası budur ki, Rəcəb Tayyib Ərdoğan, bütün daxili və xarici təzyiqlərə baxmayaraq terrorla mübarizədəki  qətiyyətindən vaz keçməmiş, yalnız təhlükəsizliyi təmin etməklə kifayətlənməmiş, eyni zamanda Türkiyənin birlik və  bərabərlik  duyğusunu da gücləndirmişdir. Bu uğur yalnız bir qələbə  deyil, eyni zamanda gələcək nəsillərə buraxılacaq  sülh  və sabitlik mirasıdır.

Bu gün, PKK-nın silahı yerə  qoyması  ilə Türkiyə  tamamilə yeni bir dövrə qədəm qoyur. Bu dövrün  memarlarından biri olaraq, Rəcəb Tayyib Ərdoğanın adı, terrorla mübarizə  tarixində  və Türkiyənin  müasir  tarixinin  səhifələrində  heç vaxt unudulmayacaq bir yer tutacaq.Mən buna qətiyyətlə əminəm.

Və mən qətiyyətlə inanıram ki,Bertrand Russell bu fikiri özünün həllini tapacaq: “Dünyanı müharibə təhlükəsindən qorumağın yalnız bir yolu var: dünya miqyasında səlahiyyətə sahib olan və dünyadakı bütün silahların inhisarını əlində saxlayan vahid bir orqanın yaradılması”.

Cənab Rəcəb Təyyib Ərdoğan da uzun illərdir ki, məhz buna çalışır. Onun bu gün Zaqafqaziyada və MDB məkanında olan türkdilli xalqlar arasında apardığı məqsədyönlü siyasət də buna xidmət edir.

Axı niyə dünya xalqları Aunius Aurelius Simaçusin bu kəlamını öz əlində bayraq edib və buna əməl etməsinlər: “Niyə birlikdə barışıq və sülh içində yaşamayaq? Hamımız eyni ulduzlara baxırıq, eyni planetdə yol yoldaşıyıq və eyni səma altında yaşayırıq”.

Bax, bu yolda dünya səviyyəsində böyük işlər görən cənab Rəcəb Tayyib Ərdoğanın ətrafında niyə  dünyanın aparıcı  ölklərinin rəhbərləri birləşməsin? Niyə sülhü təbliğ etməsinlər?

Mən, inanıram ki, bu, tezliklə reallaşacaq və dünyada sülh bərqərar olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.