"YAŞAT" düşərgəsində yazıçı Varislə görüş olub Featured

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə şəhid övladları üçün keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 4-cü həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı “ASAN”a istinadən xəbər verir ki, yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Materikinin Ədəbiyyat üzrə 3-cü LiFFt Festivallar Festivalını qızıl laureatı Varislə keçirilən görüş həyatda düzgün hədəflər seçmək və onlara doğru irəliləmək mövzusunda idi. Şəhid övladları habelə müxtəlif mövzularda yeni bilik və bacarıqlara dair məlumatlar alıblar, Varis fəal iştirakçılara Azərbaycan yazıçılarının və şairlərinin kitablarını, eləcə də mütaliə vərdişlərini aşılayan broşürlər hədiyyə edib.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Bilim Bakı” mərkəzinin dərslərində uşaqlar innovativ biliklərini daha da təkmilləşdiriblər. “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən isə texniki idman növü kimi raket və peyk modelçiliyinin əhəmiyyəti mövzusunda təlim keçirilib.

“Focus” Kamandan Oxatma Məktəbinin nümayəndələri tərəfindən reallaşdırılan və iştirakçılar tərəfindən maraqla qarşılanan dərsdə bu idman növünün əsasları, düzgün duruş, hədəfə yönəlmə və atış texnikaları praktiki şəkildə izah edilib.

“Leyla Medical Center” tərəfindən ilkin tibbi yardımın əsaslarına dair təlim proqramında bu mövzuda vacib nəzərə alınmalı əsas məqamlar həm nəzəri, həm də praktiki olaraq nümayiş etdirilib və iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Düşərgənin əsas dəstəkçilərindən biri olan “Shokki Mokki” konsert proqramında uşaqlara şirniyyat hədiyyələri verib.

Həftə çərçivəsində düşərgə iştirakçıları Güllü Bərxudarlının və Zəhra Əsgərlinin doğum günləri də qeyd olunub.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında gənc müğənni Leyla Rəhimova müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.

Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə uşaqlara hədiyyələr təqdim olunub. 

 

Tərəfdaşlar: "TABİA Group" və “Lankaran Springs Wellness Resort” Hotel;

 

Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “QSC, “Badamlı Mineral Suları”, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, “Bilim Bakı” mərkəzi, “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyi, “Shokki Mokki” , “Leyla Medical Center”, “Focus” Kamandan Oxatma Məktəbi;

 

Media dəstəyi: ASAN Radio/TV

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.