Öğuzda Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə Oğuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov, Həmkarlar İttifaqının sədri Qorxmaz Hümmətli və müəssisədə fəaliyyət göstərən tibb işçiləri iştirak ediblər.

Oğuz Rayon Mərkəzi Xəstəxananın rəhbərliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım əməkdaşları təbrik edib, onların fədakar əməyi və cəmiyyətdəki rollarının əvəzsiz olduğunu vurğulanıb.

Sonda xəstəxananın bir qrup qadın əməkdaşı qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.