Lənkəranda 1 ildə 300 000-ci müraciət qeydə alınıb Featured

Lənkəran rayonunda  1 ildə ASANlaşan 300 000-müraciət barədə “ASAN xidmət” məlumat yayıb.  

 

​​“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, agentliyin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 16 yanvar 2024-cü il tarixində baş tutub.

​​Mərkəz Lənkəran rayonu, Qurumba kəndi, Ələt-Astara avtomobil yolu, 172-ci km ünvanında yerləşir.

 Lənkəran regional “ASAN xidmət” mərkəzi Lənkəran rayonu ilə bərabər Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan 500 000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.

 Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.

 

​​Fəaliyyət göstərdiyi müddət ərzində Lənkəran “ASAN xidmət” mərkəzində 300 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

 Mərkəzdə ümumilikdə 214 əməkdaş və ay ərzində 20-25 nəfər könüllü çalışır. Mərkəzin fəaliyyətə başladığı müddətdən bu günə qədər ümumilikdə 200-ə yaxın könüllü məzun olub.

​Hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-dən çox xidmət göstərilir və mərkəzlərdə gündəlik 40 min nəfərə yaxın vətəndaş qəbul edilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.