Ötən gün ASAN könüllüləri gənclər və idman naziri Fərid Qayıbov ilə görüşüblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş görüş “Bədən tərbiyəsi və idmanın gənc nəslin mənəvi və fiziki inkişafı üçün əhəmiyyəti” mövzusunda həyata keçirilib.
“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində baş tutan görüşdə cənab Fərid Qayıbov gənclərin həyatında idmanın rolundan, idman sahəsində əldə olunan nailiyyətlər və gənclərin inkişafı üçün yaradılan imkanlardan söz açıb, könüllülərlə tövsiyələrini paylaşıb.
Görüş sual-cavab və müzakirələrlə davam edib.
Tədbirdə peşəkar və həvəskar idmanla məşğul olan, idman sahəsində nailiyyətləri olan ASAN Könüllüləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)