Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”
15 yanvar 2025-ci tarixində Beyləqan İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Ədəbiyyat və İncəsənət” portalında Beyləqan şöbəsinin təmsilçisi Aygün Bayramlını Beyləqanın mədəni-musiqi mühitinin öyrənilməsindəki fəal xidmətlərinə görə təltif edib.
Qeyd edək ki, Aygün Bayramlı Azərbaycan Milli Konservatoriyasını Musiqişünaslıq ixtisası üzrə bitirib. Aygün Bayramlı İlk dəfə Musiqişünaslıq kontekstində “Beyləqanın mədəni və musiqi mühiti” nə dair tədqiqat işi aparıb.
Hazırda Beyləqan rayonunda musiqi məktəbində müəllim işləyən Aygün xanımı təbrik edir gələcək fəaliyyətində uğurlar arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(17.01.2025)