Qaxda “Nə? Nə zaman? Harada?”

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

Dekabrın 13-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Nə? Nə zaman? Harada?” adlı İntellektual oyun keçirilib. 

 

Oyunda hər komandada 6 nəfər olmaqla 6 komanda - Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz komadaları birincilik uğrunda mübarizə aparıb. 

Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən oyunda Qax komandası l yer, Şəki ll, Qəbələ lll, Oğuz lV, Balakən V, Zaqatala Vl yeri tutub. 

Sonda qalib komandalar Fəxri Fərmanla təltif edilib, xatirə şəkli çəkilib. 

 

Xatırladaq ki, 27-29 noyabr 2024-cü il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət işçiləri arasında rayon daxili intellektual oyun keçirilib. Oyunda fəal iştirak edən komanda üzvləri final mərhələsində öz rayonunu təmsil edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.