RƏSM QALEREYASI (227)
Rəsm qalereyası: Aleksey Venetsianov, “Kəndçi müğənni”
Rəsm qalereyası: Aleksey Venetsianov, “Kəndçi müğənni”
Written by Super UserRəsm qalereyası: İlya Repin, “Cırcırama”
Rəsm qalereyası: Leonardo da Vinçi, “Sirli məclis”
Rəsm qalereyası: Leonardo da Vinçi, “Sirli məclis”
Written by Super UserRəsm qalereyası: Rembrandt, Naməlum portret”
“Space” televiziyasında Qurtuluş Gününə həsr olunmuş “Qələbənin imza günü” adlı fotosərgi açılıb. AzərTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Space” televiziyasının rəhbəri Müşfiq Hətəmov bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətçiliyində və tarixində yeni bir dövr başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda millət və dövlət quruculuğuna verdiyi misilsiz töhfələr onun fəaliyyətinin ana xətlərini təşkil edirdi.
O, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq, ölkəmizdə siyasi sabitliyin yaranmasının, azərbaycançılıq ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının Ulu Öndərin adı ilə bağlı olduğunu deyib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən natiq Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.
Sərgi ilə bağlı məlumat verən M.Hətəmov deyib: “Bu sərgini təşkil etməkdə əsas məqsədimiz əsgər və zabitlərimizin, qazi və şəhidlərimizin qəhrəmanlıqlarını daim yüksəkdə tutmaq və hər zaman gənc nəsillərə ötürməkdir. Hər yazı bir tarixdir. Bu şanlı tarixə şahid olmaq üçün isə bizə 30 il zaman gərək oldu. 30 ildən sonra Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun, həmçinin bu sərgidə imzası olan şəhidlərimizin, qazilərimizin iştirakı ilə qələbəmizi təmin etdik. Bu gün Qurtuluş Gününə həsr olunmuş bu sərgi qalib xalqın, qalib ordunun sərgisidir. Yeri gəlmişkən ilk dəfədir ki, Qurtuluş Gününü Ali Baş Komandanımız İlham Əliyevin apardığı qətiyyətli mübarizə nəticəsində işğalsız Azərbaycanda keçiririk. Hər birimiz hər zaman Qurtuluş Günündə özümüzə hesabat verməli, birliyimizi qorumalıyıq. Bugünkü tədbirimizin qayəsində məhz bu amil dayanır. Ali Baş Komandanımız başda olmaqla ordumuzun əldə etdiyi bu qələbənin hər məqamını unutmamalıyıq”.
Sonra Aprel döyüşlərinin şəhidi Raqıf Orucovun həyat yoldaşı, “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə Qarabağda Azərbaycan bayrağının dalğalanmasının qürurverici və sevindirici olduğunu söyləyərək belə tədbirlərin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında böyük rol oynadığını söyləyib.
Azərbaycanda şəhid ailələrinə və qazilərə çox böyük diqqət və qayğı göstərildiyini vurğulayan Milli Məclisin deputatı Arzu Nağıyev bu istiqamətdə işlərin davamlı olaraq həyata keçirildiyini bildirib.
“Bugünkü sərginin keçirilməsi çox təqdirəlayiqdir və məqsəd qəhrəman şəhidlərimizin, qazilərimizin Qarabağımızda yazdıqları yazıları tarixləşdirməkdir”, -deyə Milli Məclisin deputatı vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan tədbirin önəmindən danışaraq şəhidlərimizin ruhuna rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb.
Xalq artisti Mənsum İbrahimov Qarabağımızın azad olmasının qürurverici bir hiss olduğunu vurğulayıb. O bildirib ki, artıq bu gün Qarabağda silah səsi yox, muğam səsi eşidilir.
İkinci Qarabağ müharibəsinin iştirakçıları da tədbirdə böyük təəssüratlarını bölüşüb, döyüş yoldaşlarının mübarizliyini əks etdirən belə tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.
Sonda şəhid və qazilərin yazılarından ibarət fotosərgiyə baxış keçirilib. Sərgidə Suqovuşanın, Şuşanın azad olunması zamanı şəhid döyüşçülərimizin, qazilərimizin savaş dövründə divarlara əks etdirdikləri yazıların, avtoqrafların fotoları nümayiş etdirilib.
Qurtuluş Gününə həsr olunmuş “Qələbənin imza günü” adlı fotosərgi açılıb
Written by Super User
Rəsm qalereyası:
Van Qoq, “Ulduzlu gecə”
Rəsm qalereyası: Abbas Kazımov, “Heyvan rəsmləri silsiləsi”ndən.
Rəsm qalereyası: Abbas Kazımov, “Heyvan rəsmləri silsiləsi”ndən.
Written by Super UserRəsm qalereyası: Sehran Allahverdi, “Fikrət Sadığın anım gününə”
Rəsm qalereyası: Sehran Allahverdi, “Fikrət Sadığın anım gününə”
Written by Super UserRəsm qalereyası: Tahir Salahov, “Fikrət Əmirovun portreti”.
Rəsm qalereyası: Tahir Salahov, “Fikrət Əmirovun portreti”.
Written by Super UserRəsm qalereyası: Toğrul Nərimanbəyov, “Fikrət Sadığın portreti”