Aktauda bizim "Bədii tikmə" və "Təkəlduz" əsərlərimiz

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, aprelin 5-də Qazaxıstanın Aktau şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimi keçirilib. 

 

Açılış mərasimində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Y.Məmmədov adına Folklor klubunun müdiri Gülnar İsmiyeva da iştirak edərək, öz əsərləri ilə ölkəmizi təmsil edənlər sıyahısında olub. 

Gülnar İsmiyeva qədim Azərbaycan sənətlərindən olan "Bədii tikmə" və "Təkəlduz" əsərləri ilə  ölkəmizi təmsil edib. 

Qeyd edək ki, G.İsmiyeva bundan öncəki  beynəlxalq festival və mədəni tədbirlərdə də ölkəmizi təmsil edənlər sırasında olub.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.